09 İyul 2026
Ölkə futbolu

Azərbaycan millisinin futbolçusu əvəzedici komandaya göndərildi

Ukraynanın “Polessye” klubunda çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev əsas heyətdən kənarlaşdırılaraq əvəzedici komandaya göndərilib.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Ruslan Rotanın planlarında yer almayan Mustafayevlə yanaşı daha 5 futbolçu da əsas komandadan uzaqlaşdırılıb.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm “Polessye”nin keçirdiyi 4 oyunun heç birində meydana çıxmayıb. Klub hazırda 3 xalla Ukrayna Premyer Liqasında 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43