Kateqoriyasız

Azərbaycan yığması yenə uduzdu – YENİLƏNİB

Azərbaycan yığması bu gün Millətlər Liqasında növbəti oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda mübarizə aparan komanda 3-cü turda Slovakiyanı qəbul edib. Görüş rəqibin minimal hesablı qələbəsiylə başa çatıb.

2 turdan sonra Slovakiya 3 xalla 2-ci, Azərbaycan 1 xalla sonuncu – 4-cüdür.

Qrupun digər matçında Belarus Qazaxıstanı qəbul edəcək.

Millətlər Liqası
C Liqası
3-cü qrup

3-cü tur

10 iyun

20:00. Azərbaycan – Slovakiya – 0:1

Qol: Vladimir Vays, 81
“Dalğa Arena”

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı 4. Bəhlul Mustafazadə 5. Maksim Medvedev (k) 6. Höccət Haqverdi, 8. Emin Mahmudov 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 18. Cəlal Huseynov, 20. Riçard Almeyda

Slovakiya: 1. Marek Rodak, 2. Peter Pekarik (k) 3. Vernon de Marko, 4. Martin Valyent, 5. Lübomir Şatka 6. David Strelets, 10. Albert Rusnak, 11. Tomaş Suslov, 13. Patrik Qoroşovski, 17. Lukaş Qaraslin, 22. Stanislav Lobotka


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43