09 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu Arda Turanın komandasına keçə bilər

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, oyunçunun xidmətində I liqa təmsilçisi “Eyüpspor” maraqlıdır. Türkiyə klubunun futbolçu ilə təmasa keçdiyi bildirilir.

Bununla yanaşı, daha bir keçə klub İsgəndərlini transfer etmək niyyətindədi. Karyerasını ölkə xaricində davam etdirmək istəyən 28 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə yeni komandasının adı bəlli olacaq.

 “Eyüpsor”un baş məşqçisi “Qalatasaray”ın sabiq oyunçusu Arda Turandır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43