27 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçu Qırğızıstanda debüt oyununda qol vurdu

Azərbaycanlı hücumçu Orxan Əliyev Qırğızıstan Premyer Liqasında debüt edib.

İdmanxeber.az xəbər verir ki, 29 yaşlı hücumçunun komandası “Ozgon” 14-cü tur çərçivəsində səfərdə “Asiagoal”la qarşılaşıb. Görüşdə “Ozgon” qalib gəlib –  2:0.

3 gün əvvəl Qırğızıstan təmsilçisinə keçən Orxan Əliyev ilk qolunu vurmağı da bacarıb.

Qeyd edək ki, hazırda “Ozgon”” turnir cədvəlində 19 xalla 6-cı yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43