Kateqoriyasız

Azərbaycanlı hakim Avroliqanın oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Rauf Cabarov UEFA-dan təyinat alıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Fola” (Lüksemburq) – “Çixura” (Gürcüstan) qarşılaşmasının baş hakimi olacaq.

Cabbarova Akif Əmirəli və Yaşar Abbasov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43