08 İyul 2026
Ölkə futbolu

Azarkeşlər AFFA-nı boykot etməyə qərar verdi 

Azad azarkeş qrupu olan “Göyqurdlar” AFFA-nı və millini boykot etmək qərarına gəlib.

İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər bu barədə sosial şəbəkə hesablarından paylaşım ediblər. Onlar İdarə heyətinin (Qurultay) qərarına əsasən AFFA və Azərbaycan milli futbol komandasının oyunlarını qeyri-müəyyən müddətə boykot etdiklərini bildirib.

Paylaşımda boykot səbəbinin təfərrüatlarının bu gün açıqlanacağı vurğulanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43