Kateqoriyasız

Azərbaycan millisinin yeni baş məşqçisi bəlli oldu

Tələbə futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Adil Mahmudov bu posta təyin olunub.

Çalışdırıcı özü saytımıza açıqlamasında bunu bildirib. 

Artıq 2 həftədir ki, toplanış başlayıb və Mahmudovun rəhbərliyi altında milli hazırlıqlarını keçir. Komanda yoxlama görüşlərində də qüvvəsini sınayacaq. Yoxlama görüşləri isə Gürcüstanda və Türkiyədə həyata keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43