Dünyadan

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir göstərməyib.

İdmanxeber.com-un məlumatına görə, son reytinqdə Azərbaycan əvvəlki mövqeyini qoruyaraq 22-ci pillədə qərarlaşıb. Öz meydanında Moldova “Şerif”i ilə qolsuz heç-heçə edən “Qarabağ” Azərbaycanın hesabına 0.125 xal qazandırıb. Bununla da, son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız 17.125-ə yüksəlib.

Azərbaycandan 1 pillə irəlidə – 21-ci yerdə olan Kiprin 17.425 xalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43