İdman

Yakub Jezniçakın son durumu müəyyənləşdi

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Şerif”lə ev oyununda zədə alan “Qarabağ”ın futbolçusu Yakub Jezniçakın durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, polşalı futbolçunun zədəsi ciddi deyil. O, bu barədə şəxsi “facebook” hesabı vasitəsi ilə məlumat verib.

Kuba cavab oyununa qədər tam hazır olacağını bildirib: “Hesab 0:0 oldu. Önəmli odur ki, qol buraxmadıq. Mən istəməzdim ki, oyunu erkən tərk edim. Sadəcə, qapıçı ilə toqquşmadan sonra zədə aldım. Belə hallar baş verir. Əsas odur ki, zədəm ciddi deyil. İndi biz cavab oyunu barədə düşünürük. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir və özümüzə inanırıq”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 1-də Tiraspolda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43