21 İyun 2026
Kateqoriyasız

“Azərbaycanla oyunu da düşünməliyik”

“Avro-2016”nın seçmə mərhələsində martın 28-də millimizlə qarşılaşacaq Malta yığması bu gün Gürcüstanla yoxlama görüşü keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Malta millisinin baş məşqçisi Pietro Qedin Gürcüstanla keçiriləcək yoxlama oyunu üçün təşkil olunan mətbuat konfransında bir sıra məqamlara toxunub:

“Bu, bizim üçün çox vacib oyundur. Futbolçularımızın hansı vəziyyətdə olduğunu müəyyən edəcəyik. Bizim öz oyun üslubumuz var. Gürcüstan yığmasına qarşı görüşdə ənənəvi oyunumuzu sərgiləməliyik. Azərbaycanla qarılaşmanı  da düşünməliyik. Ümid edirəm ki, zədəli olan dörd futbolçumuz bu matça qədər sağalacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43