Əslən azərbaycanlı olan, Kiyev “Dinamo”su və Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev yenə qalmaqalla gündəmə gəlib.
İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiəçi bu dəfə həyat yoldaşı Tatyananı döyüb.
Əliyev xanımını döyərkən sərxoş halda olub. Futbolçu bundan sonra polis bölməsinə aparılıb.
Tatyana isə ifadəsində dəfələrlə Aleksandr tərəfindən fiziki təzyiqə məruz qaldığını bildirib.
Xatırladaq ki, cütlük 2007-ci ildə ailə həyatı qurub. Onların bu izdivacdan iki övladları var.

