08 İyul 2026
Kateqoriyasız

Azərbaycanlı qapıçı Bundesliqa klubundan ayrıldı

“Ayntraxt” azərbaycanlı qapıçı Emil Balayevlə yolları ayırıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun idman direktoru Brun Hübner məlumat verib.

Balayevdən başqa komandanı Yannik Zummak, Marko Russ, Makoto Hasebe, Soni Kitel, Konstant Cakpa və Ben Hatira da tərk edib.

Qeyd edək ki, 2014-cü ildə “Ayntraxt”a transfer olunan Emil Balayev Frankfurt təmsilçisinin heyətində rəsmi oyu8nda debüt edə bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43