11 İyul 2026
İdman

Bədii gimnastlarımız Dünya Kubokunda finala vəsiqə qazanıblar

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıblar.

İdmanxeber.az-ın məlumatına görə, Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyevdan ibarət kollektiv halqa ilə çıxışlarına görə həlledici raunda yüksəlib.

Qeyd edək ki, Dünya Kuboku aprelin 17-də başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43