14 İyul 2026
Dünya futbolu

Bəxtiyarlı “Tuzlaspor” məğlub oldu – VİDEO

Türkiyə birinci liqasında 6-cı tura start verilib.

İdmanxeber.az xəbər verir ki, millimizin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” səfərdə “Boluspor”la qarşılaşıb. Görüş ev sahibi komandanın qələbəsi ilə sona çatıb – 2:1.

Meydana start heyətində çıxmış millimizin üzvü sona qədər oynayıb. “Tuzlaspor” 3 xalla turnir cədvəlində 17-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43