“Ştutqart”lı Seri Girassi Bundesliqada ilk 5 oyunda 10 qol vurub.
İdmanxeber.az-ın məlumatına görə, qvineyalı hücumçu Robert Levandovskinin 2020-21 mövsümündəki rekordunu təkrar edib.
Girassi ötən yay transfer olunduğu Almaniya klubunda 34 oyuna çıxıb və 25 qol vurub.
“Ştutqart” liqada ilk 5 oyunun dördündə qalib gəlməyi bacarıb.

