Kateqoriyasız

Bakı Olimpiya Stadionunun hazırlıq tədbirində 15 min nəfər iştirak etdi

“Bakı 2015” I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə, eləcə də, atletika idmanı üzrə yarışlara ev sahibliyi edəcək yeni tikilmiş Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri həyata keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, mərasimdə əməliyyatların hazırlığını təmin etmək və açılış mərasimindən öncə komandalara Oyunlar zamanı keçiriləcək əməliyyatların ab-havasını yaşatmaq məqsədilə “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin son aylarda keçirdiyi genişmiqyaslı təlim proqramının və sınaq tədbirlərinin bir hissəsini təşkil edib.

“Bakı 2015″in Alovqoruyanları, BEGOC-un işçi heyəti də daxil olmaqla 15000 nəfərin iştirak etdiyi tədbirdə şəhər boyunca nəqliyyat sistemini, tamaşaçıların və VIP qonaqların hərəkətini, bilet sistemini, təhlükəsizlik tədbirlərini və Oyunların ümumi təşkilatçılığını yoxlamaq üçün imkan yaradıb.

Həmçinin, tədbir iştirakçılarına müğənni Tünzalə Ağayeva da daxil olmaqla, “Bakı 2015″in Ulduz elçilərinin çıxışlarından ibarət əyləncəli proqram da təqdim olunub. Ağayeva, xüsusi olaraq, ilk Avropa Oyunları üçün bəstələnmiş “Bakımın üzü gülür” adlı mahnını ifa edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43