19 İyun 2026
Dünya futbolu

“Barselona” argentinalı futbolçunu izləyir

18 yaşlı argentinalı yarımmüdafiəçi Yan Subiabre karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “River Pleyt”ə məxsus gənc futbolçu ilə “Barselona” yaxından maraqlanır. Kataloniya klubu onun transferi üçün ciddi addımlar atmağı planlaşdırır.

“Barselona”nın uzun müddətdir Subiabreni izlədiyi və oyunçunun potensialına böyük ümidlər bəslədiyi vurğulanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43