Dünya futbolu

“Barselona” bu futbolçusu ilə yolları ayırır

“Barselona” Miralem Pyaniçlə yolları ayırır.

İdmanxeber.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” klubu ilə razılaşıb. Kataloniya təmsilçisinin baş məşqçisi klubun Xavi Pyaniçlə yollarını ayıracağını təsdiqləyib.

BƏƏ klubu bosniyalı futbolçu ilə 2025-ci ilədək müqavilə imzalayacaq. Pyaniç müqavilə imzalamaq üçün bu gün Şarja şəhərinə yollanacaq.

Qeyd edək ki, Miralem Pyaniç 2020-ci ildən “Barselona”nın formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43