Dünya futbolu

“Qarabağ”ın ÇL-dəki əla nəticələrindən xəbərimiz var” – “Frayburq”un futbolçusu

“Pireydəki möhtəşəm atmosfer haqda eşitmişəm. Həmçinin komandamızdakı fransız futbolçular Nantdakı spesifik ab-havadan da danışıblar. Düşünürəm ki, bu komandalar bərabər səviyyədədir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Almaniyanın “Frayburq” klubunun kapitanı Kristian Günter deyib.

Təcrübəli futbolçu Ağdam klubunun avrokuboklardakı nəticələrindən xəbərdar olduqlarını deyib:

“Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələsindəki əla nəticələrindən xəbərimiz var. Komandalar və azarkeşlər üçün maraqlı qrupdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43