Kateqoriyasız

“Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Frayburq”la UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu üçün Almaniyaya səfər öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis bildirib ki, ilk turun oyun üçün komandasının istək və həvəsi böyükdür:

“Bundesliqanın hazırkı liderinə qarşı oynayacağıq. “Frayburq”la oyunda istəyimiz böyükdür. İndiyədək qrup mərhələsində iştirak etmək üçün çox əziyyət çəkilib. Əlbəttə, istərdik ki, Çempionlar Liqasının qrup mərhələsində oynayaq. Bundan ötrü oyundan-oyuna qarşımıza hədəf qoyurduq. Lakin alınmadı. Dəfələrlə demişəm ki, qrup mərhələsində oynamaq böyük təcrübədir. Bu, həm də futbolçularımın daha da inkişaf etmələri baxımından sevindiricidir.

Rəqiblərimiz nə qədər güclü olsa da, meydandan mübarizəsiz çıxmaq istəmirik. Oyun gedə-gedə də addımlar atılacaq. Həmişə deyirəm ki, rəqibi meydanda daha yaxşı tanıyırsan. Futbolçularım yaxşı bir oyuna hazırdırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43