Kateqoriyasız

“Qarabağ” “Europe Park” stadionunda dəstəksiz qalmayacaq

UEFA Avropa Liqasının G qrupunda qərarlaşan “Qarabağ” ilk matçını səfərdə “Frayburq”a qarşı keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu sentyabrın 8-i Almaniyada keçiriləcək matçda dəstəksiz qalmayacaq. Təmsilçimizi “Europe Park” stadionunda təxminən 200-dən yuxarı azarkeş dəstəkləyəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43