05 İyun 2026
Dünya futbolu

“Barselona” bu tarixdə “Kamp Nou”ya qayıda bilər

“Barselona” sentyabrda “Kamp Nou” stadionuna qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik yenidənqurma işlərinin sentyabrda başa çatacağını gümün edir. Təmir işlərindən sonra stadionun tutumunun 105 min tamaşaçı olacağı gözlənilir.

Xatırladaq ki, stadionda iki ildir yenidənqurma işləri gedir

31 turdan sonra “Barselona” La Liqanın turnir cədvəlinə 70 xalla “Real”ı 4 xal qabaqlayır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43