05 İyun 2026
Ölkə futbolu

Yassin Benziya “Qarabağ”dan ayrılır? – ərəblərdən təklif var

“Qarabağ”ın əlcəzairli futbolçusu Yasin Benziya bu yay komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantları var. Oradakı klublardan biri futbolçuya sərfəli sözləşmə təklif edib. 

Benziyanın Ağdam klubu ilə müqaviləsi bu yay başa çatır. Daha əvvəl futbolçunun özü bəyan etmişdi ki, tərəflər əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar aparırlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43