08 İyul 2026
Dünya futbolu

“Barselona” “Çelsi”nin hücumçusunu istəyir

“Barselona” “Çelsi”nin hücumçusu Nikolas Ceksonu transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi seneqallı hücumçu ilə güclənmək niyyətindədir. London klubu oyunçunu satmaq istəməsə də, onu icarəyə verə bilər.

O, son mövsümdə London klubunun heyətində 37 oyunda iştirak edib, 19 qolla yadda qalıb.

23 yaşlı forvardın “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43