Dünya futbolu

“Barselona” Feliksi transfer edəcək? – açıqlama

“Atletiko”nun prezidenti Enrike Sereso bu mövsüm “Barselona”da icarə əsasında çıxış edən komandanın hücumçusu Joao Feliks haqda fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri portuqlayalı futbolçu barədə xoş sözlər deyib:

“Feliks Avropanın ən yaxşı oyunçularından biri olacaq. Ona “Barselona”da uğurlar arzulayıram. O, hələ də “Barsa”da icarə əsasında oynayır. Lakin onlar Joaonu istəsələr, bunu reallaşdırmaq imkanları olacaq”.

Cari mövsümdə 23 yaşlı futbolçu bütün turnirlərdə 14 matçda iştirak edib, 3 qol vurub, 3 məhsuldar ötürmə edib. Feliksin “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43