06 İyun 2026
Dünya futbolu

“Barselona” ispaniyalı hücumçudan vaz keçdi

“Barselona” “Atletik”in hücumçusu Niko Uilyamsın transferində vaz keçib.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik futbolçunu heyətinə qatmaq istəsə də, keçid alınmayıb. Buna səbəb Uilyamsın Bilbao komandasında qalmaq istəməsidir.

Bu səbəbdən də rəhbərlik hücum xətti üçün yeni futbolçu düşünür.  “Arsenal” və “Çelsi” də son vaxtlar İspaniya millisinin üzvü uğrunda yarışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43