“Barselona” Sofyan Amrabatı transfer etmək fikrindən imtina edib.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu İlkay Gündoğanı rənglərinə bağladığı üçün sözügedən oyunçudan vaz keçib. Rəhbərlik bu barədə məşqçilər heyətinə də məlumat verib.
“Fiorentinalı” oyunçu daha öncə “Mançester Yunayted”, “Bavariya”, “PSJ” və “Atletiko” kimi klubların maraq dairəsində idi.

