“Barselona” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik hücumçu Roberto Levandovskinin yerinə oyunçu axtarışındadı. Prezident Xuan Laporta “Atletiko”nun forvardı Xulian Alvaresi komandaya cəlb etməyi planlaşdırır.
Kataloniya təmsilçisi forvardı bir müddətdir izləyir. Yayda tərəflər arasında danışıqlar start götürəcək.

