Dünya futbolu

“Barselona” portuqaliyalı üçün danışıqlara başlayır

“Barselona” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Vulverhempton”un futbolçusu Ruben Neveşi heyətinə qatmaq niyyətindədir. Tərəflər arasında artıq danışıqların başladığı bildirilir.

Premyer Liqa təmsilçisi portuqaliyalı üçün 50 milyon avro tələb edir. Neveşin komandası ilə 2024-cü ilə qədər müqaviləsi var.

Ceri mövsüm çempionatda 33 oyuna çıxan oyunçu 6 qol vurub. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43