Ölkə futbolu

“Kəpəz” sponsor tapdı!

Premyer Liqada qalacağı dəqiqləşən “Kəpəz”də sponsor axtarışları davam edir.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə klubunun rəhbərliyi Bakıda bir sıra iş adamları ilə görüşlər keçirməkdə davam edir.

Futbolun İnkişaf Fondu (FİF) əslində “Kəpəz”ə sponsor tapıb. Lakin məsələ hələ açıq olaraq qalır. Belə ki, FİF Azərbaycanın aparıcı mobil operatoru “Azercell”i iki klubdan birinə – “Şamaxı” və ya “Kəpəz”ə sponsor olmağa razı sala bilib. Lakin qurum ilk öncə “Şamaxı” variantı üzərində dayanıb. Əgər “Şamaxı” Premyer Liqanı tərk etsə, “Azercell” “Kəpəz”in baş sponsoru olacaq.

Xatırladaq ki, Premyer Liqada cəmi iki klubun – “Şamaxı” və “Kəpəz”in sponsoru yoxdu.

Qeyd edək ki, “Azercell”in “Şamaxı”nin baş sponsoru olacağına dair xəbəri ilk olaraq “Sportlife.az” saytı yayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43