PSJ-nin vingeri Bredli Barkolanın karyerasını “Barselona”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun qiyməti 70 milyon avrodur. Onun parislilərlə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununda başa çatacaq.
Barkola Fransa çempionatının cari mövsümündə 28 oyun keçirib, 13 qol vurub və 9 məhsuldar ötürmə edib.

