Dünya futbolu

“Barselona” rəsmən açıqladı: “Əfsanə vidalaşır”

“Barselona” Serxio Busketslə yollarını ayıracaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabından paylaşım edib. 2023-cü ildə müqaviləsi başa çatan oyunçuyla sözləşmə uzadılmayacaq.

Kataloniya təmsilçisi rəsmi hesabından “Əfsanə vidalaşır” deyə, paylaşım edib. Rəhbərlik onunla davam etmək istəsə də, Buskets təklifin az olduğunu iddia edərək geri çevirib.

15 mövsümdür “Barselona”da çıxış edən oyunçu komandada 719 oyunda çıxış edib və 18 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43