Dünya futbolu

“Barselona” üçün bəd xəbər

İspaniyanın “Barselona” klubu futbolçusu Samuel Umtitidən bəd xəbər alıb.

İdmanxeber.az-ın məlumatına görə, Fransa millisinin heyətində sıradan çıxan futbolçunun zədəsi ciddidi.

26 yaşlı müdafiəçinin bərpasına azı altı həftə sərf olunacaq.

Buna görə də, fransız futbolçu La Liqada “Valensiya”, “Qranada”, “Vilyarreal”, “Xetafe”, “Sevilya” və “Eybar”, UEFA Çempionlar Liqasında isə “Borussiya” (Dortmund) və “İnter”lə (Milan) oyunları buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43