“Barselona”nın baş məşqçisi Xavi klubla müqavilənin uzadılması ilə bağlı şərtləri var.
İdmanxeber.az-ın məlumatına görə, o, təkcə öz maaşının yox, köməkçilərinin də əmək haqqısının artırılmasını tələb edir. Ancaq rəhbərlik bu məsələdə onunla razılaşmır.
Klubun yaşadığı maliyyə böhranı Xavinin istəyini həyata keçirməyə mane olur. Tərəflər arasında danışıqlar davam edir.
Xavinin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.
2022/23 mövsümünün sonunda “Barselona” 38 oyunda 88 xal toplayaraq İspaniya çempionu olub.

