04 İyun 2026
Dünya futbolu

“Barselona”da Levandovski şoku

“Barselona”nın hücumçusu Robert Levandovski sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvard 3 həftə yaşıl meydanlardan kənar qalacaq.

36 yaşlı futbolçu İspaniya Kubokunun “Real”la final görüşündə (26 aprel) və “İnter”lə Çempionlar Liqası yarımfinal mərhələsinin ilk matçında (30 aprel) komandaya kömək edə bilməyəcək.

Polşa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 40 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43