Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasının futbolçusu Mussa Dembele Litva klubunu alıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu “Miniya” komandasının sahibi olub. Litvada II Liqada mübarizə aparan komanda 5 turdan sonra 6 xalla 9-cu pillədə qərarlaşıb.
Dembele “Seltik” (Şotlandiya), “Fulhem” (İngiltərə), “Atletiko” (İspaniya) və “Lion”dakı (Fransa) çıxışları ilə tanınır.

