19 İyul 2026
Dünya futbolu

“Çelsi” “Real”ın hücumçusuna 100 milyon verir

“Real”ın hücumçusu Rodriqo karyerasını Premyer Liqada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xitmədində “Mançester Siti”, “Mançester Yunayted” və “Çelsi” klubları maraqlıdır. 

London təmsilçisi braziliyalı oyunçu üçün israr edir. Rəhbərlik Rodriqonun transferi üçün artıq təklif hazırlayıb.

Onlar 24 yaşlı oyunçu üçün 100 milyon avrodan çox ödəməyə hazırdır. Rodriqonun  klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43