04 İyun 2026
Ölkə futbolu

Bakıda UEFA-nın PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirildi

AFFA-nın təşkilatçılığı ilə UEFA-nın PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən baş tutan modulda ona təlimatçı Osman Rəhimov kömək edib.

Təhsil və Reabilitasiya Mərkəzində gerçəkləşən dərslərin ilk mərhələsi tanışlıq xarakteri daşıyıb. Kurs haqqında ümumi məlumat verilib, iştirakçıları nələrin gözlədiyi, hansı modulların olacağı və onların kurs ərzində vəzifələri barədə danışılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43