Dünya futbolu

“Barselona”nın futbolçusu cəzalandı: “El-Klasiko”nu buraxacaq

“Barselona”nın fransalı hücumçusu Usman Dembele İspaniya La Liqasının X turunda “Real”la keçiriləcək matçı buraxacaq.

İspaniya Futbol Federasiyası fransalı oyunçuya 2 oyunluq cəza verib. Buna səbəb onun “Sevilya” ilə matçda baş hakim Antonio Mateu Lahozu təhqir etməsi olub.

Nəticədə Usman La Liqanın IX turunda “Eybar”la, X turunda “Real”la matçlarda iştirak etməyəcək. “Barselona” – “Real” görüşü oktyabrın 26-ı keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43