08 İyul 2026
Dünya futbolu

“Barselona”nın hücumçusu 3 klubun hədəfində

“Barselona”nın hücumçusu Ansu Fati karyerasını İspaniyanın başqa klubunda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu ilə “Real Sosyedad”, “Valensiya” və “Sevilya”  klubları maraqlanır.  Onun transfer dəyəri 5 milyon avro qiymətləndirilir və klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

İspaniyalı forvard bu mövsüm La Liqada cəmi 4 oyun keçirib, qol vura bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43