Dünya futbolu

“Barselona”nın Messi planı – rəhbərliyin təklifi

“Barselona” Lionel Messini komandaya qaytarmaq niyyətindədir.

İdmanxeber.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi argentinalı futbolçu üçün bir neçə variant fikiləşir. Messinin PSJ ilə müqaviləsi mövsüm sonu başa çatır.

Tərəflər bir müddətdir danışıq aparsa da, razılaşa bilmirlər. Bu səbəbdən də ulduz futbolçunun Paris klubundan ayrılacağı gözlənilir.

Kataloniya təmsilçisi maliyyə feyr-pley şərtlərini pozmamaq üçün ciddi vəsait xərcləyə bilmir. Ancaq klub daxilində Messinin komandaya qayıtmasına hər kəs müsbət yanaşır.

Bu səbəbdən də “Barselona” yayda Leoya belə bir təflik verəcək. Rəhbərlik klubun reklamlardan qazanacağı gəlirin müəyyən faizinim ona ödənilməsini düşünür.

Bununla yanaşı, “Barselona” bilet satışlarından əldə ediləcək gəlirdən də Messiyə pay ayırmaq niyyətindədir. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43