Kateqoriyasız

“Barselona”nın oyununda növbəti rekord

Qadın futbolu tarixində yeni rekord qeydə alınıb.

İdmanxebee.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” “Volfsburq”la qarşılaşıb ki, “Kamp Nou” stadionundakı matçı 91648 nəfər izləyib. Bu isə qadın futbolu üçün rekord göstəricidir. Bu barədə məlumatı “Barselona”nın mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl – 2022-ci ilin mart ayında “Barselona”nın “Real”la oyununu 91.553 nəfər azarkeş izləmişdi.

“Barselona” “Volfsburq”u 5:1 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43