“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını Almaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” futbolçunun xidmətində maraqlıdır. Münhen klubunun transfer siyahısının ilk sırasında nigeriyalı yer alır.
Bundesliqa təmsilçisinin Osimhen üçün 100 milyon avrodan artıq ödəməyə hazır olmadığı bildirilir. Hücumçunun neapollularla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
24 yaşlı nigeriyalı bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 26 qol vurub və 5 məhsuldar ötürmə edib.

