Dünya futbolu

“Bavariya”ya tənqid: “Super oyunçuları buraxmırlar”

“Bavariya”nın sabiq qapıçısı Zepp Mayer yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, o, klubun transfer siyasətini tənqid edib:

“Sadio Mane və Leroy Sanenin hansı kompozisiyaları var idi? Elə rəhbərlik ikisi barədə də “əla” deyir. Bəs, siz doğrudanmı Pep Qvardiolanın 50 milyon avroya möhtəşəm oyunçu satacağını düşünürsünüz?

Yoxsa Yurgen Klopp super futbolçularından birini satacaq? Xeyr, super oyunçuları buraxmırlar. “Bavariya” ağıllı iş görmür, artıq ehtiyacı olmayan oyunçuları gətirdilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43