Ölkə futbolu

“Niyə “Real”dan qorxmalıyıq?” – Bernando Silva

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Çempionlar Liqasının yarımfinalında “Real” oyunu ilə bağlı gözləntilərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu qarşılaşma barədə iddialı danışıb. Silva turu keçmək istədiklərini açıqlayıb:

“Bəli, biz “Real”a çox hörmət edirik, amma qorxmuruq. Niyə onlardan qorxmalıyıq? “Real”a hörmət etməmək axmaqlıq olardı, amma qələbə qazanmaq məqsədimiz var. Keçən il uduzduq, amma bu dəfə hər şeyi fərqli etməyə çalışacağıq”.

Yarımfinalın ilk oyunu mayın 9-da Madriddə keçiriləcək. Cavab matçı isə mayın 17-də Mançesterdə baş tutacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43