Dünya futbolu Milli komanda

Belçika – Azərbaycan oyununa nə qədər bilet satılıb?

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununa indiyədək satılan biletlərin sayı bəlli olub.

İdmanxeber.az xəbər verir ki, qarşılaşma üçün 30 minə yaxın bilet alınıb. Görüşün keçiriləcəyi “King Baudouin Stadium” 50 min azarkeş tutumuna malikdir.

Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43