Dünyadan

Belçikalı futbolçu öldü

Belçikanın “Lokeren” klubunun futbolçusu Qreqori Mertens dünyasını dəyişib.

İdmanxeber.com-un məlumatına görə, futbolçunun ölümünə səbəb ürəyinin dayanması olub. Belə ki, “Genk”in ikinci komandasına qarşı matçın 25-ci dəqiqəsində ürəyi dayanan və xəstanaxaya yerləşdirilən belçikalı oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

25 yaşlı futbolçu ötən gün xəstəxanada keçinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43