“Mançester Siti”nin kapitanı Bernardo Silva karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, Portuqaliya millisinin üzvü mövsümün sonunda “Əl-Hilal”a transfer olmaq niyyətindədir.
Hazırda 30 yaşlı yarımmüdafiəçi üçün ən real variantların “Əl-Əhli” və “Əl-Qədisiyə” olduğu vurğulanır. Bildirilib ki, hər iki klub Silvaya 4 illik müqavilə təklif etməyə hazırdır.
Qeyd edək ki, Bernardo Silvanın “şəhərlilər”lə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Futbolçu 2025/26 mövsümündə “Mançester Siti”nin heyətində bütün turnirlərdə 7 matça çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.

