09 İyul 2026
Dünya futbolu

“Beşiktaş” “Atletiko”nu məğlub etdi

“Beşiktaş”la “Atletiko” arasında yoldaşlıq matçı keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbulda xeyriyyə məqdəsi ilə baş tutan matçda “ağ-qaralar” 2:0 hesabı ilə qalib gəlib.

Qarşılaşmadan əldə edilən gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə bağışlanacaq.

Xatırladaq ki, “Beşiktaş”ın “Sabah”la da xeyriyyə oyunu keçirilməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43