“Beşiktaş” heyətini italiyalı yarımmüdafiəçi Cakomo Bonaventura ilə gücləndirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, azad agent statusunda olan 34 yaşlı futbolçu ilə danışıqlar davam edir və o, Türkiyədə oynamağa razılıq verib.
Bonaventura daha əvvəl “Atalanta”, “Milan”, “Fiorentina” və digər klubların formasını geyinib.

